Livan Hizbullahının mərhələli müharibəsi haqqında sionist ekspertlərin nəzəriyyəsi
İsrail araşdırma mərkəzi Hizbullahın İsrailə qarşı mərhələli müharibə strategiyası olduğundan xəbər verir.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, İsrail təhlükəsizlik araşdırma mərkəzinin dünənki (2 iyun) məqaləsində yazır: Ötən oktyabr ayından bəri Hizbullah hücumlarının monitorinqi bu hücumların günü-gündən gücləndiyini göstərir. Belə ki, bu hücumlar daha da şiddətlənib və ötən ay ən yüksək səviyyəyə çatıb.
Monitorinq göstərir ki, bu ay ərzində Hizbullah İsrailə qarşı gündə orta hesabla 10 əməliyyatı olduğu bir halda, aprel ayında gündə orta hesabla 7,8 hücumla 238 hücum həyata keçirib.
Bu araşdırma mərkəzinin yazdığına görə, keçən ay Hizbullah hücumlarının sayında artım müşahidə olunub ki, bu da əvvəlki ayla müqayisədə demək olar ki, iki dəfə artıb. Hizbullah son dörd ayda xüsusi olaraq bir sıra pilotsuz təyyarələr yerləşdirib və fevral ayından bu aya qədər Hizbullahın İsrailə qarşı pilotsuz uçuş aparatlarından istifadə etməsi 12 dəfə artıb.
Mərkəzin etirafına görə, ötən il oktyabrın 8-dən bu il mayın sonuna qədər Hizbullah sərhəddə 1964 hücum əməliyyatı həyata keçirib. Bunun 46%-i işğalçı qüvvələrin əleyhinə olub. Qalan hücumlar isə sionist yaşayış məntəqələrinin infrastrukturu və İsrailin oradakı hərbi obyektləri üstünlük təşkil edir.