Livan Hizbullahının sionist rejimə yeni xəbərdarlığı

Livan Hizbullahının sionist rejimə yeni xəbərdarlığı

Livan müqaviməti öz pilotsuz təyyarələrini Kariş neft və qaz yatağına göndərdikdən təxminən bir ay sonra yeni bir video yayımlayaraq sionist rejiminə xəbərdarlıq edib.

Livan müqaviməti sionist rejimin qaz çıxaran gəmilərinin Livan və işğal olunmuş Fələstin sərhədində tam nəzarət altında olduğunu göstərən yeni video yayımlayıb.

Bu xəbərə əsasən, “Əntum rəhnəl-yəvm” (sizin bir neçə gününüz qalıb) başlıqlı bu videoda sionist rejimə xəbərdarlıq edilir ki, sözügedən gəmilər Livanın müqavimət raketlərinin çarpaz nöqtəsindədir.

Hizbullah bundan əvvəlki xəbərdarlıqda avqustun 12-də Livan və sionist rejim arasında mübahisəli qaz yatağı (Kəriş) üzərində üç silahsız pilotsuz təyyarənin uçuşu ilə bağlı bəyanat yaymışdı.

İsrail ordusu hər üç pilotsuz uçan aparatı ələ keçirib hədəfə aldığını elan etsə də, Hizbullah bəyanatında bu pilotsuz təyyarələrin kəşfiyyat missiyası olduğunu və öz missiyasını uğurla yerinə yetirə və Hizbullahın nəzərdə tutduğu xəbərdarlıq mesajını çatdıra bildiyini vurğulamışdı.

Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah avqustun 19-dakı çıxışında deyib: Amerika vasitəçisi gəlib Livan hökumətinin tələbini yerinə yetirsə, biz də sülhə doğru hərəkət edəcəyik, lakin o, hökumətin tələblərinə cavab verməsə , biz də eskalasiyaya doğru irəliləyəcəyik.

Gözlər Kariş sahəsində və Livanın sərhədlərində və vaxt itirən və vaxtı tükənməkdə olan Amerika vasitəçisində olmalıdır.

Livan və sionist rejim arasında mübahisəli dəniz ərazisi 860 kvadrat kilometrdir və neft və qazla zəngindir. Hazırda ABŞ-ın xüsusi nümayəndəsi Amos Hokşteynin vasitəçiliyi və Birləşmiş Millətlər Təşkilatının nəzarəti ilə iki ölkə arasında dolayı danışıqlar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =