Livan Hizbullahının sionist rejimin “Ən-Nəbtiyyə” cinayətinə ilk cavabı
Livan Hizbullahı sionist rejimin Ən-Nəbtiyyə qəsəbəsindəki cinayətinə ilk cavabında onlarla Katyuşa raketi ilə Kiryat Şmona qəsəbəsini hədəfə aldığını elan edib.
Mehr xəbər agentliyinin Əl-Mənar-a istinadla verdiyi məlumata görə, Livan Hizbullahının İslami Müqaviməti sionist rejimin Ən-Nəbtiyyə qəsəbəsində çoxlu sayda livanlı mülki vətəndaşın şəhadəti və yaralanmasına səbəb olan cinayətinə cavab olaraq Livanın cənubundakı Kiryat Şmona şəhərinə raketlər atdığını elan edib.
Hizbullahın bəyanatında deyilir: Qəzza zolağında mətanətli Fələstin xalqını və onun şücaətli və nəcib müqavimətini dəstəkləmək, eləcə də Ən-Nəbtiyyə şəhərlərinin cinayətinə ilk cavab olaraq İslami Müqavimətin mücahidləri bu cümə axşamı yerli vaxtla 17:55-də onlarla Katyuşa raketi ilə Kiryat Şmonanı hədəfə alıblar.
Sionist rejim mediası işğal altındakı Kiryat Şmona qəsəbəsinin iki mərhələdə Livanın cənubundan 15 Katyuşa raketi və iki zireh əleyhinə raketlə hədəf alındığını və üç raketin bu qəsəbənin mərkəzini vurduğunu elan edib.
Bu hücumlardan sonra bu qəsəbədə həyəcan sirenaları çalınıb və xilasetmə qrupları raketlərin düşdüyü yerə çatıb. Sionist mediası etiraf edib ki, Livanın cənubundan Kiryat Şmana qəsəbəsinə 14 raket atıldıqdan sonra bu qəsəbəyə ziyan dəyib və şəhərin bir neçə bölgəsində elektrik enerjisi kəsilib.