Livan Hizbullahı:Yəmən xalqının qətliamı qarşısında dünyanın ölümcül sükutunu pisləyirik
Livan Hizbullahı Səudiyyə-Amerikan koalisiyasının qadın, kişi və uşaq da daxil olmaqla yüzlərlə insanın həlak olub yaralanması ilə nəticələnən Yəmənə təcavüzünü kəskin şəkildə pisləyib.
Hizbullah bəyanatında belə yazıb: “Bu mənfur qırğın təcavüzkar və şər qüvvələrin vəhşiliyini təsdiq edir və onların əməlləri insanlıqdan, əxlaqdan və dindən uzaqdır. Bu hücum onların döyüş meydanındakı qarşıdurmasında biabırçı məğlubiyyətini kompensasiya etmək üçündür.”
Əl-Mənar-ın verdiyi məlumata görə, Hizbullah bəyanatını davam etdirərək beynəlxalq ictimaiyyətin Səudiyyə təcavüzkar koalisiyasının cinayətləri və Yəmən xalqının mənfur qətliamları qarşısında susmasından təəssüfləndiyini bildirib. Dünyanın bütün azad insanlarını məzlum Yəmən xalqının yanında olmağa və bu cinayəti pisləməyə çağırıb.
Hizbullah bu bəyanatının sonunda əziz Yəmən xalqına və onların komandirinə bu müsibətə görə başsağlığı verərkən, uca Allahdan əziz şəhidlərə rəhmət və ucalıq, yaralılara isə şəfa diləyib.
Səudiyyə təcavüzkar koalisiyasının Əl-Hədidədəki rabitə binasına hava hücumundan sonra dünyada internet məhdudiyyətlərini izləyən Net Blocks Təşkilatı Yəməndə internetin tamamilə dayandırıldığını açıqlayıb.
Əl-Məyadin həmçinin hesabatında bildirib ki, Səudiyyə təcavüzkar koalisiyasının Yəmənin şimalında Sədəyə hücumları nəticəsində 60-dan çox adam ölüb, 120-dən çox adam yaralanıb.
Yeddi ilə yaxındır ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin başçılıq etdiyi təcavüzkar ərəb koalisiyası ABŞ, sionist rejim və İngiltərənin silahları və hərbi dəstəyi ilə Yəmənə təcavüz edir.
BMT-nin məlumatına görə, Yəmən hazırda ən ağır humanitar böhranlarla üzləşib və bir neçə milyon insan aclıqla qarşı-qarşıyadır.