Livan İsrailə cavab raketi atdı

Livan İsrailə cavab raketi atdı

İnformasiya qaynaqları sionist rejimin hücmlarına cavab olaraq Livanın şimalından işğal olunmuş ərazilərə raket atıldığından xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, işğal olunmuş Fələstin torpaqlarında yerləşən Əl Naqura, İtrun, Uləma Əl Şəb və Əl Zəhirə sionist qəsəbələri Livanın şimal bölgələrindən artilleriya hücumlarına məruz qalıb.

Digər bir məlumatda Livanın şimalından bu ərazilərə raket atıldığı, başda Yəira qəsəbəsi olmaqala sionist qəsəbələrində təhlükə siqnalları işə düşdüyü da deyilir.

Livan Hizbullahı dünən (17 dekabr) bəyanat yayaraq işğal olunmuş Fələstinin şimal bölgəsində yerləşən Əl Xəlilin Dofief məntəqəsinə zirehli raket atdığını elan edərək bildirib: Mübariz döyüşçülərimiz Dofief tarlalarında texniki və kəşfiyyat avadanlığı quraşdıran kranı uyğun silahla hədəfə aldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =