Livan İsrail ordusuna raket zərbələri endirdi

Livan İsrail ordusuna raket zərbələri endirdi

Livan İslami Müqavimət Hərəkatı bəyanat yayaraq İsrail olrdusuna raket zərbələri endirdiyini və bu hücumda düşmənin tələfat verdiyini elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Livan İslami Müqavimət Hərəkatının bəyanatında deyilir: Fələstinin mübariz xalqına dəstəklərimizin davamında bu gün (13 noyabr) Livan sionist rejim ordusunun Branit düşərgəsi yaxınlığında piyada kazarmasına kontrollu raketlə hücum etdik. Nəticədə düşmən tələfat verdi: Ölü və yaralıları var.

Sionist rejim mediaları bu hücumda 2 nəfərin həlak olduğundan xəbər verir.

Digər bir məlumatda isə Tataua qəsəbəsində 2 nəfərin ağır yaralandığı bildirilir.

Livan İslami Müqviməti digər bir bəyanatda elan edib ki, Qəzzə zolağında möhkəm iradəli Fələstin xalqına dəstəklərin davamında sionist ordusunun Ər-Rahib hərbi bazasını hədəfə aldıq və nəticədə düşmənə müəyyən itkilər üz verdi, ölü və yaralıları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 2 =