Livan müqaviməti 4 İsrail bazasını hədəfə aldı

Livan müqaviməti 4 İsrail bazasını hədəfə aldı

Livan İslami Müqaviməti bəyanatlar yayaraq sionist rejimin 4 hərbi bazasını hədəf aldığını elan edib.

Təsnim Xəbər Agentliyinin xəbərinə görə, Livan İslami Müqaviməti bir neçə bəyanat yayaraq, müqavimət döyüşçülərinin bu gün (8 iyun) sionist rejimin 4 hərbi bazasını hədəfə ala bildiklərini elan edib.

Hizbullahın ilk bəyanatında deyilir: Dünən axşam saat 23:25-də İslami müqavimət döyüşçüləri Tahit üçbucağında İsrail düşmən əsgərlərinin toplaşdıqları yeri raketlə  vurdu.

Hizbullahın bu gün səhər verdiyi ikinci bəyanatında sionist düşmənin Əl-Rəhab bazasındakı hərbi qərargahına dəqiq artilleriya hücumu təşkil etdiyini açıqlayıb .

Livan Müqavimətinin üçüncü bəyanatında deyilir: Fələstin və Qəzzə zolağının müqavimətli xalqına və onun cəsur və nəcib hakimiyyətinə dəstək olaraq, İslami müqavimət döyüşçüləri sionist rejimin Sənaim bölgəsində artilleriyasının yerini məhv etdi. Livan və işğal altındakı Fələstin sərhədində yerləşən Şəba tarlalarında pilotsuz təyyarə sionist rejimin əsgər və zabitlərinin yerləşdiyi yerə dəqiq zərbələr endirib.

Livan Hizbullahı dördüncü bəyanatında bu gün (8 iyun) sionist rejimin “Zareit” kazarmalarının artilleriya hücumları ilə hədəfə alındığını və düşmənin tələfat verdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − twelve =