Livan müqaviməti İsrail hərbi bazalarına hücum etmək üçün yeni raket nümayiş etdirib

Livan müqaviməti İsrail hərbi bazalarına hücum etmək üçün yeni raket nümayiş etdirib

 Livan Hizbullahı sionist rejimin hərbi mövqeləri və qəsəbələrinə raket yağdırıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan müqaviməti bu gün (24 sentyabr) hücumlar zamanı “Nimra” bazasında yerləşən şimal bölgəsində İsrail ordusunun əsas silah-sursat anbarını onlarla raketlə hədəfə aldığını rəsmi surətdə açıqlayıb.

Məlumata görə Hizbullah İsrail hərbi bazalarına hücum etmək üçün yeni Fadi-3 raketindən istifadə edib.

Müqavimət qüvvələri növbəti hücumları zamanı İsrailin “Roş Binə” qəsəbəsini raketlə hədəfə alıblar və Hizbullahın növbəti hədəfi “Şamşun” hərbi bazası olub. Bu baza Livanın bu hücumlar zamanı ilk dəfə Fadi-3 raketlərindən istifadə edib.

Sionist rejimin ordu radiosu Livanın bir saat yarım ərzində işğal altındakı Fələstinin şimalına doğru 105 raket atdığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =