Livan müqaviməti İsrailin 5 hərbi mərkəzini hədəfə aldı

Livan müqaviməti İsrailin 5 hərbi mərkəzini hədəfə aldı

Livan müqavimət dəstələri 5 bəyanat yayaraq sionist rejimin 5 hərbi mərkəzini hədəfə aldıqlarını elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (29 yanvar) yayımlanan 1-ci bəyanatda deyilir: Bərka Rişanı Bərkan raketi ilə vurduq və düşmənə böyük xəsarət verdik.

İkinci bəyanatda deyilir: Hədəb Yarun bazasını Bərkan raketi ilə vurduq və düşmən tələfat verdi.

Üçüncü bəyanatda deyilir: Müqavimət dəstələri Branit düşərgəsini Bərkan raketi ilə hədəfə aldı və düşmən xəsarət verdi.

Dördüncü bəyanatda işğal olunmuş Fələstinin şimalında sionistlərin Cəlləl İlam hərbi mərkəzinin ətrafı Fələq raketi ilə hədəfə tuş gəldi.

Beşinci bəyanatda deyilir: Qəzzə zolağında möhkəm iradəli Fələstin xalqının müdafiəsi istiqamətində saat 11:15-də sionist rejimin Mitat düşərgəsini raket hədəfinə aldıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =