Livan ordusu İsraillə sərhəddəki Naqura kəndinə daxil olub

Livan ordusunun bölmələri Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları ilə birlikdə İsraillə sərhəddə yerləşən An-Nakura kəndinə daxil olub.
Bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb.
Məlumata görə, hərbçilər şəhərin qərb girişində və Vadi Hamul ərazisindən gələn magistral yolda postlar qurublar.
Bundan əvvəl UNIFIL-in qərargahında Livan-İsrail sərhədində atəşkəs monitorinqi komitəsinin iclası keçirilib. İclasda ABŞ Prezidentinin köməkçisinin müavini Eymos Hokstin vasitəçi qismində iştirak edib.