Livan ordusu miqrantların Kiprə qeyri-qanuni göndərilməsi cəhdinin qarşısını alıb

Livan ordusu miqrantların Kiprə qeyri-qanuni göndərilməsi cəhdinin qarşısını alıb

Çərşənbə axşamı Livan ordusunun patrulları qeyri-qanuni yollarla Kiprə çatmağa çalışan bir qrup suriyalını saxlayıb.

APA-nın “Əl-Vətəniyyə” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə respublika Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

“Onların hamısı saxlanılıb, qaçqınları Kiprə çatdırmağı öhdəsinə götürən yerli qaçaqmalçı da həbs edilib. Qanunsuz əməliyyatda iştirak edənlərin hamısının müəyyən edilməsi üçün tədbirlər görülüb, səlahiyyətli orqanlar araşdırma aparır”, – sənəddə deyilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 12 =