Livan parlamenti Cozef Aunu ölkə prezidenti seçdi

İkinci turunda Cozef Aun 99 lehinə səs alaraq Livan prezidenti seçilib.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, bu gün (9 yanvar) səhər saatlarında keçirilən səsvermənin birinci turunda namizədlərdən heç biri parlamentdə ümumi 128 səsin üçdə ikisini (86 səs) qazana bilməyib.
İlk turda səslər hesablandıqdan sonra məlum olub ki, parlamentdə iştirak edən cəmi 128 nümayəndədən yalnız 71-i Livan ordusunun komandanı Cozef Aunun lehinə səs verib.
Bu gün yerli vaxtla saat 14-də başlayan səsvermənin ikinci turunda general Cozef Aun 99 lehinə səslə Livan prezidenti seçilib.
Hazırkı ordu komandiri general Cozef Aunun seçilməsinə qarşı çıxan bəzi şəxslər konstitusiyaya müxalif olduğunu hesab etdiklərinə görə seçki bülletenlərinə “Suverenlik və konstitusiyaya dəstək” ifadəsini yazıblar.
Həmçinin parlamentdə səsvermənin ilk turunu elan edərkən bir nümayəndə “Cozef Amos bin Fərhan”, digəri isə “Yəzid bin Fərhan” adını yazmışdı ki, bu da Amos Hokşteyn və Yezid bin Fərhanın səylərinə işarədir.
Bu, Livan tarixində beşinci dəfədir ki, ordusu komandiri prezident vəzifəsini qazanır.