Livan Parlamenti ölkənin yeni prezidentini seçəcək

Livan Parlamenti ölkənin yeni prezidentini seçəcək

Livanın Parlamenti respublikanın yeni prezidentini seçmək üçün iyunun 14-də iclas keçirəcək.

APA xəbər verir ki, bu barədə Parlamentin sədri Nəbih Berrinin ofisi məlumat yayıb.

“Səsvermə çərşənbə günü, iyunun 14-də Etoile meydanındakı Parlament Sarayında keçiriləcək”, – spikerin ofisinin yaydığı bəyanatda bildirilib.

İyunun 4-də müxalifət fraksiyaları prezidentliyə yeni namizəd irəli sürdükdən sonra Berri seçkilərin növbəti turunun tarixini təyin edib.

Namizəd Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya üzrə filialının direktoru, 2005-2008-ci illərdə respublikanın maliyyə naziri vəzifəsində çalışmış Cihad Azurdur. Azur Livan Qüvvələr Partiyası və Azad Vətənpərvər Hərəkatının rəhbərlik etdiyi iki əsas xristian blokunun dəstəyini alıb.

O, Hizbullah tərəfdarı olan parlamentdəki blokun dəstəklədiyi deputat Süleyman Frangieh ilə mübarizə aparacaq.

Frangieh Livanın siyasi partiyası olan Marada Hərəkatının və Livan vətəndaş müharibəsi zamanı fəal olan keçmiş xristian milislərinin rəhbəridir. O, Suriya prezidenti Bəşər Əsədin yaxın dostu hesab olunur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =