Livan PUA-ları Herzliya və Təl-Əvivə hücumda rekord məsafə qət edib

Livan PUA-ları Herzliya və Təl-Əvivə hücumda rekord məsafə qət edib

Livan pilotsuz təyyarələri Təl-Əvivin şimalında yerləşən Herzliya qəsəbəsindəki binanı vurmaq üçün ən uzun məsafə qət edərək tarix yazdı.

Əl-Meyadin -in məlumatına görə , İsrail rəsmiləri cümə günü axşam saatlarında Livandan buraxılan iki pilotsuz uçuş aparatının (PUA) İsrail hava məkanına aşkar edilmədən daxil olduğunu, hədəfə zərər verdiyini və Herzliyada geniş şəkildə elektrik kəsilməsinə səbəb olduğunu bildiriblər.

 İsrail Yanğın və Xilasetmə İdarəsi Herzliya elektrik stansiyasında bir neçə insident barədə məlumat verib.

Təl-Əvivin bəzi yerlərində də partlayış səsləri eşidilsə də, Herzliya pilotsuz təyyarənin hücumundan sonra tam qaranlığa qərq olub. 

Livan PUA-ları indiyə qədər ən uzun məsafəni qət edərək Tel-Əvivdə Herzliyaya zərbə endirib. 

Əvvəlcə İsrail mediası pilotsuz təyyarənin İraq və ya Yəməndən gələ biləcəyi ilə bağlı ziddiyyətli xəbərlərlə çaşqınlıq yaratsa da, işğalçı İsrail ordusu sonda pilotsuz təyyarələrin Livandan buraxıldığını təsdiqləyib.

İsrail mediası bu hadisənin pilotsuz uçan aparatın Livandan işğal olunmuş Fələstin ərazilərinə qət etdiyi ən uzun məsafə olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =