Livan saytının hesabatı: Səudiyyə Ərəbistanı Suriyanın şərqində Mossadı dəstəkləyir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Əvvəllər Suriyanın şərqindəki ABŞ-a bağlı elementləri dolayı yolla dəstəkləyən Səudiyyə Ərəbistanı, indi Sionist rejimin Mossad təşkilatını dəstəkləmək üçün birbaşa Suriyadan bölgəyə girdi.
Suriyanın şərqindəki neftə ABŞ və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox ölkə göz dikib.
ABŞ Prezidenti Tramp Vaşinqtonun Suriyadakı hədəfinin neft olduğunu açıq şəkildə bəyan etmişdi.
Bu yaxınlarda Səudiyyə şirkəti “Aramco” ilə Suriyanın şərqində olan Amerika işğalçı qüvvələri ilə müqaviləsi barədə məlumatlar sızdırıldı.
Suriyalı siyasi və iqtisadi mütəxəssis və analitiklər bu razılaşmanın məqsədinin ABŞ-a dəstək olmaq üçün ölkələrinə qarşı mənfur plan quran bəzi suriyalı qəbilələrə rüşvət vermək olduğunu düşünürlər.