Livana quru hücumunun beş cəbhəsində 70 sionist hərbçi həlak olub

Livana quru hücumunun beş cəbhəsində 70 sionist hərbçi həlak olub

Livanın Hizbullah hərəkatı sionist rejimin Livanın cənubundakı quru hücumları ilə bağlı hesabatında sionist rejimin 70 hərbçisinin həlak olduğunu bildirib.

Livan islami müqavimət döyüşçüləri ilə sionist rejim hərbçiləri arasında qarşıdurma bu ölkənin cənubundan işğal olunmuş Fələstinə qədər olan qarşıdurma cəbhələrində davam edir və indiyədək bu rejimə böyük ziyan dəyib.

Bu hesabatda həmçinin bildirilir ki, sionist düşmənin Livana quru hücumu nəticəsində indiyədək onun 70-dən çox hərbçisi həlak olub, 600-dən çox düşmən əsgər və zabiti isə yaralanıb.

Bundan əlavə, 28 Merkava tankı, dörd buldozer, bir zirehli maşın və bir personal daşıyıcı da məhv edilib, sionistlərin üç Hermes 450 və bir Hermes 900 PUA-sı vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =