Livanda atəşkəs müddəti uzadılıb

Livanda atəşkəs müddəti uzadılıb

Livan müvəqqəti hökumətinin Baş Nazirlik administrasiyası ölkədə atəşkəsin fevralın 18-dək uzadıldığını elan edib.

Nəcib Miqatinin ofisi açıqlamasında bu qərarın prezident Cozef Ovn və parlamentin sədri Nəbih Berri ilə ölkənin cənubunda baş verən hadisələrlə bağlı konsensus və Amerika tərəfi ilə təmas əsasında verildiyini açıqlayıb.


Bu bəyanata əsasən, icraiyyə komitəsi atəşkəs razılaşmasının icrasını və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasını izləyir.


Livan hökumətinin tələbinə əsasən, ABŞ 2023-cü il oktyabrın 7-dən sonra sionist rejim tərəfindən həbs edilənlərin azad edilməsi üçün danışıqlara başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 2 =