Livanda gərginlik davam edir: Yaponiya Müdafiə Qüvvələrinin təyyarələri bölgəyə göndərildi

Livanda gərginlik davam edir: Yaponiya Müdafiə Qüvvələrinin təyyarələri bölgəyə göndərildi

Yaponiya Müdafiə Qüvvələrinə məxsus iki təyyarə İordaniya və Yunanıstana yola düşüb.

Səfər Yaxın Şərqdə gərginliyin artması fonunda Yaponiya vətəndaşlarının və digər şəxslərin Livandan mümkün təxliyəsinə hazırlaşmaq məqsədi daşıyır.

Bu barədə “NHK World Japan” saytı xəbər verir.

Məlumata görə, iki “C-2” nəqliyyat təyyarəsi oktyabrın 3-də səhər saat 8 radələrində Yaponiyanın qərbindəki Tottori prefekturasında yerləşən Mixo aviabazasını tərk edib.

Yaponiya hökuməti hazırda Livanda olan 50-yə yaxın Yaponiya vətəndaşını təxliyə etmək üçün təyyarələri hazır vəziyyətdə saxlamağı planlaşdırır.

Bu, ikinci belə haldır ki, Müdafiə Qüvvələrinin təyyarələri Yaxın Şərqdə vəziyyətin pisləşməsinə cavab olaraq bölgədə yerləşdirilir.

Ötən ilin oktyabr və noyabr aylarında Yaponiya Müdafiə Qüvvələrinə məxsus təyyarələr İsraildən Yaponiya və Cənubi Koreya vətəndaşları da daxil olmaqla, ümumilikdə 129 nəfəri təxliyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =