Livanda İŞİD terror əməliyyatlarının zərərsizləşdirilməsinin təfərrüatları

Livanın İctimai Təhlükəsizlik Baş İdarəsi bu yaxınlarda beş livanlını həbs edib. İŞİD terror qruplaşmasına bağlı olan bu şəxslər məzhəb-dini hücumlar həyata keçirmək niyyətində olublar.
Ötən ay dekabrın ortalarında Livanın təhlükəsizlik qüvvələri məzhəb və dini zəmində hücumlar həyata keçirməyi planlaşdıran İŞİD terror qruplaşmasına bağlı dəstəni həbs edib.
Livanın “Əl-Əxbar” qəzeti xəbər verir ki, o zaman Livanın İctimai Təhlükəsizlik Baş İdarəsi ölkənin şimal bölgəsi olan Tripolidə İŞİD-ə bağlı dəstə yaratmaqda günahlandırılan 5 livanlını həbs edib.
Bu qəzetin yazdığına görə, bu beş nəfərin dindirilməsi zamanı məlum olub ki, Livan qüvvələri bu fəaliyyətlə terror planını alt-üst edib. Həbs edilən şəxslərdən biri Tripolidə Yeni il gecəsi kilsəyə hücum etməyə hazırlaşdığını etiraf edib.
O, həmçinin etiraf edib ki, rəisləri ona hücum üçün başqa hədəflər, o cümlədən, Beyrutun cənubundakı Əl-Rəsulul-Əzəm xəstəxanası və Beyrutdakı Hüseyniyyə və Cəbəlil-Muhsin bölgəsindəki bir neçə hədəflər təklif ediblər.
Hüseyniyyəyə hücumun bomba yüklü pilotsuz təyyarə ilə partladılması nəzərdə tutulurmuş.
“Əl-Əxbar”ın məlumatına görə, bu insanların əksəriyyəti uzun müddət terror qruplaşmaları ilə əməkdaşlıq edən ailələrdəndir. Onların bəziləri Suriyada döyüşüb, bəziləri isə terrorçulara bağlı olduqlarına görə illərdir həbsdədirlər.