Livanda keçmiş sionist casusun həbsi
Livanın təhlükəsizlik qüvvələri təxminən 25 ildir sionist rejimlə əlaqədə olan və Fələstin İslami Cihadının iki liderinin qətlində şübhəli bilinən şəxslərdən biri olan casusu həbs ediblər.
Livanın “Əl-Əxbar” qəzetinin bu gün (cümə axşamı) verdiyi məlumata görə, Livanın təhlükəsizlik qüvvələri təxminən üç ay əvvəl şərqi Sidonda sionist rejimlə əməkdaşlıqda şübhəli bilinən bir livanlını həbs ediblər.
Məlumata görə, saxlanılan şəxs çox təhlükəlidir və casusluqda sabiqəsi var. Bu adamın Livan kəşfiyyatının son vaxtlar aşkar etdiyi casus şəbəkələri ilə heç bir əlaqəsi yoxdur və onlardan daha təhlükəlidir.
Onun işi məlumat və kəşfiyyat toplamaq, fotoqrafiya və s.-dən kənara çıxır və İsrail zabitlərinin Livana daxil olmasını asanlaşdıran sui-qəsd şəbəkələrində, logistik və təhlükəsizlik əməliyyatlarında iştirak edib.
Məlumatlı mənbələr təhlükəsizlik xidmətinin müfəttişlərinin Əsafın sionist rejimin casus təşkilatının xeyrinə təhlükəsizlik fəaliyyətlərində iştirakına dair inandırıcı dəlillərə malik olduğunu vurğulayıblar.
Mənbələr əlavə ediblər ki, məhbus hələ də sionist rejim üçün casusluq etdiyini etiraf etməkdən imtina edir. Lakin onun 2006-cı ildə Sidon bombalanmasında İslami Cihadın iki lideri Mahmud və Nəzzal əl-Məczub qardaşlarının qətlində əli olduğuna dair sübutlar var. O, 25 ilə yaxındır ki, sionist rejimlə rabitədədir.
Bununla əlaqədar olaraq Livanın daxili işlər naziri Bəssam əl-Mövləvi mətbuat konfransında Livan torpaqlarında 3 intihar əməliyyatının qarşısının alındığını açıqlayıb.
Əl-Nəşrə xəbər saytının məlumatına görə, Livanın daxili işlər naziri Livan qüvvələrinin içərisində partlayıcı maddələr olan kəmərlərdən istifadə etməklə, bir sıra livanlı gəncləri intihar əməliyyatları keçirməyə cəlb edən terrorçu-təkfirçi qruplaşmanın ələ keçirildiyini bildirib.