Livanda münaqişə ili ərzində 15,6 mindən çox ev zədələnib və ya dağılıb

İsrail və “Hizbullah” qruplaşması arasında bir il davam edən döyüşlər zamanı Livanın cənubunda 15,600-dən çox bina zədələnib və ya dağılıb.
Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
Qeyd olunub ki, döyüşlər nəticəsində 8 milyon tondan çox tikinti tullantıları əmələ gəlib. Ümumilikdə 15 633 bina qismən və ya tamamilə dağılıb. Ən çox zərər çəkmiş ərazilər Maracyun, Bint-Jubayl və Sur şəhərləri olub.
İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.