Livanda peycerlər necə partladılıb? – Məşhur kəşfiyyatçıdan açıqlama
Livanın müxtəlif ərazilərində peycerlərin kütləvi şəkildə partladılması daha çox haker hücumu ilə deyil, quraşdırılmış partlayıcı qurğuların işə düşməsi ilə əlaqədardır.
Bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden bildirib.
O, “X” sosial şəbəkəsində yazıb ki, bu cür düşünməsinə zərərçəkənlərin aldıqları oxşar ağır xəsarətlər səbəb olub.
“Əgər bunlar həddindən artıq qızmış batareyalardan yaranan partlayışlar olsaydı, biz daha kiçik yanğınlar və uğursuzluqlar gözləyərdik”, – Snouden əlavə edib.
O, partlayışın arxasında İsrailin ola biləcəyini etiraf edib və mahiyyətcə bunu terrorizm adlandırıb.
Qeyd edək ki, peycerlərin partladılması nəticəsində 9 nəfər ölüb, 2750 nəfər yaralanıb.