Livanda Şəhid Nəsrullah və Səfiəddinin dəfn mərasimi

Livan xaricindəki müqavimət oxu ilə maraqlanan yüz minlərlə insan, eləcə də ölkə vətəndaşları Livanda misli görünməmiş dəfn mərasimi ilə şəhidlər Seyyid Həsən Nəsrullah və Seyyid Haşim Səfiəddinin dəfn mərasiminə qatılıb.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, böyük izdiham mərasim sahəsinə axışıb, bütün küçələr qaraya bürünüb, hər yerdə sarı Hizbullah bayrağı dalğalanıb.
Bildirilir ki, bu mərasimin dünyada tayı-bərabəri yoxdur. Sionist rejim Şəhid Seyid Həsən Nəsrullahın öldürülməsinin İslam ümmətinin əzmini qıracağını düşünsə də bu fikir yanlış çıxdı.
Məlumata görə, İsrailin Livanın cənubuna hava hücumlarının davam etməsinə baxmayaraq, xalq iki şəhidin dəfn mərasiminə doğru hərəkətini dayandırmayıb. Belə bir mənzərə işğalçı rejimi dəhşətə gətirdi. Sanki bir adamla döyüşürdü və bu şəxsin şəhadəti ilə müqavimətin dağılacağı düşünülürdü. Xalqın iradəsi bu rejimi qorxudub və bu millət şəhid Nəsrullahın qisasını alacaq.