Livanda zəfər komandirlərinin şəhadətinin 3-cü ildönümü tanınmış müqavimət simalarının iştirakı ilə anılıb

Livanda zəfər komandirlərinin şəhadətinin 3-cü ildönümü tanınmış müqavimət simalarının iştirakı ilə anılıb

Qələbə komandirlərinin şəhadətinin 3-cü ildönümü münasibəti ilə Fələstin qrupları və Livan Hizbullahının baş katibləri İranın bu ölkədəki səfirinin iştirakı ilə görüş keçiriblər.

Fələstin qrupları və Hizbullah baş katibləri, o cümlədən,  İslami Cihadın baş katibi Ziad Ən-Nuxalə və Livan Parlamentindəki müqavimətə sadiq fraksiya rəhbəri Məhəmməd Rəd, Fələstinin Azadlığı Xalq Cəbhəsinin baş katibi Təllal Naci və İranın Livandakı səfiri Müctəba Əmani da daxil olmaqla tanınmış simaların iştirakı ilə görüş keçirilib.

Məhəmməd Raad: Şəhid Süleymani döyüşçülər üçün ilahi nemət idi

Livan parlamentində müqavimətə sadiq fraksiya rəhbəri Məhəmməd Rəd bildirib ki, şəhid Süleymani digər insanlar kimi adi bir insan deyil, Allahın döyüşçülərə verdiyi nemət idi.

O əlavə edib: Süleymani öz idealının və qələbəsinin haqq olmasına əmin idi.

Rəd davam edib: Süleymani həmişə qarşıdurmanı ciddi şəkildə planlaşdırırdı və əməliyyat otağının komandiri idi.

İranın Livandakı səfiri: Qüds bizim ləyaqətimizdir

İranın Livandakı səfiri bildirib ki, Hacı Qasım Süleymani, Əbu Mehdi Əl-Mühəndis və onların silahdaşlarının şəhadəti böyük bir hadisədir və biz bu şəhidlərin yolunun davam ettdiriləcəyini elan edirik.

Müctəba Əmani bu görüşdə əlavə edib: Qərb həmişə nüvə danışıqlarında müqavimət və İran raketlərinin dəstəklənməsi məsələsini gündəmə gətirib ki, bu, Məhəmməd Hatəminin prezidentliyindən bəri belə olub.

O, qeyd edib ki, Qərb qeyri-nüvə məsələlərində israrından dönməyib, lakin bilməlidir ki, Qüds bizim ləyaqətimizdir və biz heç vaxt ləyaqətimizdən və müqəddəs məsələlərimizdən əl çəkməyəcəyik.

Ən-Nuxalə: Hacı Qasim hər zaman bir komandir kimi aramızdadır

Fələstin İslami Cihadının baş katibi də bu görüşdə bildirib: Bu, bizim hisslərimizin şərəf və müqavimətlə birləşdiyi bir fürsətdir.

Ziyad Ən-Nuxalə davam edib: Bu gün biz sionistlərin planlarına müqavimət göstərmək, şəhid Süleymani və bu məktəbin digər şəhidlərinin yolunu davam etdirmək üçün sədaqət və bağlılığımızı bəyan etmək üçün toplaşmışıq.

O, Süleymaninin Fələstin və Qüds adı altında İslam ümmətinin birliyinə inandığını vurğulayıb.

Təllal Naci: Şəhid Süleymani təkfirçi terrorizmin bölgədən çıxarılmasının əsil komandiri idi

Fələstinin Azadlığı Xalq Cəbhəsinin baş katibi Təllal Naci deyib: Şəhid Süleymani təkfirçi terrorizmin bölgəmizdən çıxarılmasının əsil komandiri idi.

O, əlavə edib: İstismarçı ölkələrin planlarının və “Əsrin müqaviləsi”nin iflasa uğramasında şəhid Süleymaninin böyük rolu olub.

Naci davam edib: Şəhid Süleymani İŞİD-i qovmağa və İraqı azad etməyə müvəffəq oldu və Suriya ordusunun İŞİD-i məğlub etməsini mümkün etdi.

Nacinin sözlərinə görə, şəhid Süleymani müqavimətin raket qabiliyyətini gücləndirən amil olub və İordan çayının qərb sahilində intifazənin zəruriliyini vurğulayıb.

O xatırladıb ki, Şəhid Süleymani həmişə qlobal istismarçıları regiondan qovmaqla məşğul olub və müqavimət qüvvələrinin dəstəyinə nəzarət edib.

Naci bildirib ki, Şəhid Süleymani sionist işğalı ilə mübarizə aparmağa inanır.

Beynəlxalq Müqavimət Alimləri Birliyinin rəhbəri Şeyx Mahir Həmmad da bu konfransda vurğulayıb ki, biz qlobal istismar planlarına qarşı vahid millətik.

O əlavə etdi: Fələstin azad ediləcək və Allahın vədi haqdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + five =