Livandan işğal olunmuş Fələstinin şimalına 30 raket atıldı

Livandan işğal olunmuş Fələstinin şimalına 30 raket atıldı

 Sionist rejimin sözçüsü Livandan işğal altındakı Fələstinin şimalına 30 raket atıldığını elan edərək, Livanın Hizbullahının genişmiqyaslı raket hücumu ilə sionist rejimin mərkəz və mövqelərini hədəf aldığını açıqlayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, sionist ordunun sözçüsü bu gün (1 noyabr) elan edib: Yuxarı Əl Cəlil, Qərbi Əl Cəlil və Mərkəz bölgələrində xəbərdarlıq sireninin işə salınmasından sonra Livandan bu bölgələrə 30-a yaxın raket atılıb.

Bəzi xəbərlər işğal altındakı Fələstinin şimalında Əl Cəlil bölgəsinə bu gün həyata keçirilən raket hücumlarında 9 sionistin yaralandığına işarə edir.

Sionist rejimin xəbər mənbələri həmçinin işğal olunmuş Fələstinin şimalında yerləşən Kərmail qəsəbəsində xəbərdarlıq sirenlərinin işə salındığını bildiriblər. Livan Hizbullahı bu gün günortadan sonra sionistlərin “Kermail” qəsəbəsini bir sıra raketlərlə hədəfə aldığını açıqlayıb. “Maalot Tarşiha” qəsəbəsi də Hizbullahın raket hücumuna məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =