Livandan İsrailə 15 raket atılıb
İsrail Ordusu Livandan İsrail istiqamətində 15 raketin atışını qeydə alıb.
Bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
“Rakətlərin bəziləri havada məhv edilib, qalanları isə qeyri-yaşayış ərazilərinə düşüb”, – açıqlamada bildirilir.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də Qəzza sektorundan radikal HƏMAS qrupunun silahlılarının İsrail ərazisinə keçməsi, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin qətlə yetirilməsi və 240-dan çox insanın girov götürülməsi ilə kəskin şəkildə pisləşib.