Livandan İsrailə onlarla mərmi atılıb

“Hizbullah” radikal qruplaşması Livan ərazisindən İsrailə 100-ə yaxın mərmi atıb.
Bu barədə İsrailin Müharibə Ordusu məlumat yayıb.
“Şənbə günü “Hizbullah” Livandan İsrailə təxminən 100 mərmi atıb”, – Ordunun Mətbuat xidmətindən bildirilib.
“İsrail Ordusu dövləti və xalqı “Hizbullah” terror təşkilatının yaratdığı təhlükədən qorumağa davam edəcək”, – İsrail hərbçiləri əlavə ediblər.