Livandan sionist qəsəbələrə 20-dən çox raket atıldı

Livandan sionist qəsəbələrə 20-dən çox raket atıldı

Sionist rejimin xəbər mənbələri bu gün (cümə axşamı) günorta saatlarında Livandan işğal olunmuş Fələstinin şimal qəsəbələrinə ağır raket zərbəsi endirdiyini bildiriblər. Sionist mediaları işğal olunmuş Fələstinin şimalındakı “Şlumi”, “Haniyta” və “Beytsit” qəsəbələrində həyəcan təbili çaldığını xəbər verib.

Bu xəbərə görə, Livandan işğal olunmuş ərazilərin şimalındakı Qərbi Əl-Cəlil bölgəsinə doğru 20-dən çox raket atılıb.

Bu hücum sionist rejim ordusunun müdafiə sistemlərinin aktivləşməsinə səbəb olub.

Hava hücumundan müdafiə sistemlərinin işə salınmasına baxmayaraq, xəbər mənbələri sözügedən qəsəbələrə raketlərin düşdüyünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 8 =