Livandan sionist rejimə qarşı Fələstin müqavimət xətti: Biz bütün müqavimət qrupları ilə döyüşə girəcəyik

Livandan sionist rejimə qarşı Fələstin müqavimət xətti: Biz bütün müqavimət qrupları ilə döyüşə girəcəyik

Fələstin İslami Cihad hərəkatının tanınmış üzvü və liderlərindən biri sionist düşmənə xitabən vurğulayıb ki, müqavimət cəbhələri eynidir və biz bütün müqavimət qrupları ilə vahid döyüşə girəcəyik.

Fələstin İslami Cihad hərəkatının liderlərindən olan Məhəmməd Əl-Hindi bazar ertəsi Beyrutda Fələstinlil Əsirlər Gününün ildönümündə deyib: “Düşmənə onun bütün hesablamalarının səhv və müqavimət cəbhələrinin eyni olduğunu deyirik və biz bütün müqavimət qrupları ilə vahid bir döyüşə girəcəyik.”

Əl-Hindi əlavə edib: “Biz azad yaşayırıq və azad şəkildə öldürülürük və Fələstin ərazisinin bir qarışından da keçməyəcəyik.”

Fələstinin Azadlığı Xalq Cəbhəsinin müavini Əbu Əhməd Fəvad da Beyrutda Fələstinli Əsirlər Günü münasibətilə bildirib: “Bu gün bir çox sionist mühacirlər sionist rejimi tərk etməyi düşünürlər və bu, bizim arzumuz olub. Fələstinlilər vahid millətdir və müqavimət oxu bizim dəstəyimizdir.”

Fələstinin Azadlığı Xalq Cəbhəsinin deputatı qeyd edib ki, İran İslam Respublikası bizi dəstəkləyir. Fəvad deyib: “Ərəb partiyalarının və konfranslarının səsi Fələstin xalqına və işinə dəstək olmaq üçün uca olmalıdır.”

Fəvad əlavə edib: “Biz Fələstin məsələsini dəstəkləmək üçün bütün mövqe və addımları dəyərli sayırıq.” Şeyx Nəim Qasim: Fələstinlilərin iztirabları qarşısında güzəştə gedən ölkələrdə insani hisslər yoxdur.

Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim də Beyrutda Fələstinli Əsirlər Günü ildönümündə deyib: “40 ildən artıqdır ki, minlərlə fələstinlinin işğalçı rejimdə həbsdə saxlandığı halda insan vicdanı və insan haqları təşkilatları haradadır?! Hegemon dövlətlər və onların ətrafındakılar İsrail həbsxanalarında olan fələstinli məhbusların üzləşdiyi məsələlər və hadisələrlə maraqlanmır.”

Şeyx Nəim Qasim bildirib: “Fələstinə dəstək şüarını səsləndirən hər kəs müqavimətdə tərəfdaş olmalıdır. Bütün müqavimət növləri hərbi müqavimətə xidmət etməlidir.”

Hizbullah baş katibinin müavini qeyd edib ki, güzəştə gedən ölkələrin Fələstinin iztirabları qarşısında ən kiçik insani emosiyaları yoxdur.

HƏMAS-ın siyasi bürosunun sədr müavini Saleh Əl-Əruri də mərasimdə bildirib: “İran Fələstini dəstəkləyir və Fələstinə və müqavimətə dəstək üçün ağır bədəllər ödəyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =