Livanın Hizbullahı sionist “Qəşrhazif” qəsəbəsinə hücum edib

Livanın Hizbullahı sionist “Qəşrhazif” qəsəbəsinə hücum edib

Sionist rejimin Livanın cənubundakı “Yarin” qəsəbəsinə hücumuna cavab olaraq, Hizbullah işğal olunmuş ərazilərin şimalındakı sionist “Qəşrhazif” qəsəbəsini hədəfə alıb.

Mehr Xəbər Agentliyinin “Ən-Nəşrə”yə istinadən verdiyi xəbərə görə, Livan Hizbullahı bəyanatlar yayaraq, işğal olunmuş ərazilərin şimalında sionist rejimə qarşı yeni hücumlarını elan edib.

Livanın Hizbullah Müharibə İnformasiya Ofisi bildirib: Qəzza zolağında Fələstin xalqına və onların cəsur və şərəfli müqavimətinə dəstək və İsrailin müqavimət göstərən cənub kəndlərinə və mülki evlərə hücumlarına cavab olaraq, bu gün, 2 aprel 2024-cü il, çərşənbə axşamı, saat 19:35-də İslam müqaviməti döyüşçüləri Katyuşa raketləri ilə Nəhariyyə yaxınlığındakı “Qəşrhaziv” qəsəbəsini hədəfə alıblar.

Bundan əlavə, bu gün yerli vaxtla saat 18:15-də işğal altındakı Kəfr Şuba təpələrində yerləşən sionistlərin “Roisat Əl-Aləm” mövqeyi Livan Hizbullahı tərəfindən raket silahları ilə hədəfə alınıb.

Bundan əvvəl bu gün yerli vaxtla saat 17:15-də Livan Hizbullahı döyüşçüləri işğal altındakı Kəfr Şuba təpələrində yerləşən “Əs-Səmaqə” sionist mövqelərini raket silahları ilə hədəfə alıblar.

Həmçinin, sionist rejimin mediası işğal olunmuş Fələstinin şimalında həyəcan sirenalarının çalınması xəbərini yayıb. Bu xəbərə görə, Nəhariyyədə həyəcan siqnalı bir an belə dayanmır.

Xəbər mənbələri Livanın cənubundan işğal olunmuş Fələstinin şimalına onlarla raketin atıldığını bildirib. Sionist rejimin 13-cü kanalı da Livanın cənubundan Qərbi Cəliləyə doğru 30-dan çox raket atılmasına işarə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =