Livanın prezidenti seçilən Aun and içərək vəsifəsinə başlayıb

Livanın prezidenti seçilən Aun and içərək vəsifəsinə başlayıb

Livanda iki ildən çox prezident postu boş qaldıqdan və siyasi böhrandan sonra 14-cü prezident seçilən sabiq Baş Qərargah rəisi Cozef Aun parlamentdə and içib.

APA xəbər verir ki, ilk turda heç bir nəticə əldə olunmayan səsvermənin ikinci turunda Aun 99 səs toplayıb.

18 nəfər etibarsız, 9 nəfər bitərəf, 2 nəfər başqa namizədə səs verib.

Ölkə qanunlarına görə, namizədin prezident seçilə bilməsi üçün 128 yerlik parlamentdə səslərin ən azı üçdə ikisinin səsini almalıdır ki, bu da 86 səsə bərabərdir.

Qeyd edək ki, Aun sessiyanın birinci turunda 71 səs toplayıb.

Millət vəkillərinin iştirakı ilə yeni prezident kimi and içən Aun çıxışında Livanda yeni dövrün başladığını və ölkəsinin inzibati böhranın siyasi və iqtisadi dəyişiklikləri zəruri etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 13 =