Livanla sərhəddə sionist əsgərlər arasında şiddətli toqquşmalar olub

Livanla sərhəddə sionist əsgərlər arasında şiddətli toqquşmalar olub

Sionist media mənbələri Livan sərhədində sionist əsgərlər arasında şiddətli döyüş baş verdiyi və onlardan 3-nün yaralandığı barədə məlumat yayıb.

Sionist media mənbələri bu gün (25 mart, şənbə) yazıblar ki, bu rejim əsgərləri Livanla sərhəddə bir-biri ilə şiddətli toqquşub və onlardan üçü yaralanaraq xəstəxanaya aparılıb.

Şahab News saytının məlumatına görə, sionist 12-ci kanal bu rejimin hərbi polisinin bu hadisənin nə üçün baş verməsi ilə bağlı araşdırmaya başladığını elan edib.

Məlumata əsasən, sionist sərhədçilərin əsgərləri “N” saylı bölmənin qüvvələri ilə şıddətli şəkildə qarşıdurma yaşayıb. Bu kanalın müxbirinin sözlərinə görə, hadisə “son dərəcə təhlükəli” olub.

Bu şəbəkə bu şiddətli qarşıdurmada yaralananların sayının 2 nəfər olduğunu açıqlayıb onların xəstəxanaya aparıldığını yazsa da, Yediot Aharanot qəzeti yaralı sayının 3 olduğunu bildirib.

Bu arada sionist rejim ordusunun sözçüsü bu məsələyə cavab verib və deyib: Bu, təhlükəli hadisə idi və ordunun əxlaqi prinsiplərinə ziddir.

Bu münaqişə və döyüş Livan sərhədində sionist əsgərlər arasında baş verib və sionist ordusu bu günlərdə pis vəziyyətdədir.

İndiyə qədər minlərlə hərbçi Netanyahunun siyasəti və məhkəmə sistemini zəiflətməkdə israrlı olması səbəbindən ordudan geri çəkilib.

Dünən ehtiyat qüvvələrin 200 pilotu və sionist ordusunun 100 hərbi həkimi bundan sonra orduda xidmət etməyəcəklərini bəyan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =