Livanlı məzunlar Azərbaycan prezidenti və xalqını təbrik ediblər FOTO

Livanlı məzunlar Azərbaycan prezidenti və xalqını təbrik ediblər   FOTO

Azərbaycanda təhsil almış bir qrup livanlı məzunlar Azərbaycan Respublikasının prezidentinə və ölkə xalqına təbrik məktubu ünvanlayıblar.

SalamNews xəbər verir ki, Azərbaycan universitetlərinin livanlı məzunları birliyi ikinci Qarabağ müharibəsində əldə edilmiş zəfərə görə prezident İlham Əliyevi və ölkə xalqını təbrik ediblər.

Təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyev!

Biz Azərbaycan universitetlərinin məzunu olmuş mühəndis və həkimlər sizı və timsalınızda Azərbaycan xalqını, Ermənistanın işğalından azad edilməsilə nəticələnən bu tarixi və böyük qələbəyə görə təbrik edirik.

Sizin əzmkarlığınız, qəhrəman Azərbaycan ordusunun zabit və əsgərlərinin fədakarlığı, ölkənizin xalqının sizin uzaqgörən rəhbərliyinizin arxasında durması bu böyük qələbəyə səbəb olmuşdur.

Biz, Azərbaycan universitet və institutlarının livanlı məzunları bu böyük qələbəyə görə sizə ən gözəl və səmimi təbriklərimizi çatdırmağa görə məmnunuq və Allahdan istəyirik ki, sizin və böyük xalqınızın inkişafı və başucağlığı davamlı olsun!

Böyük ehtiramla, Azərbaycan universitetlərinin livanlı həkim və mühəndis məzunları birliyinin koordinatoru doktor Əkrəm Tərhini”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =