Livanlılar İran peyvəndini gözləyir

Livanlılar İran peyvəndini gözləyir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan səhiyyə naziri Həmd Həsən, “Rəfiq Həriri” Hava Limanında koronavirus peyvəndi daşıyan ilk təyyarəni qarşılayıb.

O, İran mətbuatına verdiyi müsahibədə, İran tibbi tədqiqat mərkəzlərini istehsal olunan peyvəndə görə təbrik etmiş və bütün lazımi prosedurları tamamladıqdan sonra İran peyvəndinin Livan üçün daha münasib olduğunu vurğulayıb.

O qeyd edib ki, xəstəxanalar həkimlərin və tibb işçilərinin 40% -nin koronavirusa yoluxması səbəbindən kadr çatışmazlığından əziyyət çəkir.

O belə əlavə edib: “Livanda vətəndaşlar İran peyvəndinin gəlməsini gözləyirlər.  İsrailin Livana qarşı müharibəsində Livanı tərk etməyən İran İslam Respublikasının, koronavirus ilə mübarizədə də ölkəmizi tək qoymayacağına inanırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − four =