“Liverpul” onu da ərəblərə satdı
Publika.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. “Əl-İttihad” yarımmüdafiəçi ilə 2026-cı ilə qədər müqavilə imzalayıb.
Daha əvvəl “Mersisaydlılar”ın 29 yaşlı futbolçu üçün 40 milyon funt sterlinq alacağı bildirilirdi.
Braziliyalı futbolçu Premyer Liqa klubunda 5 mövsüm keçirib, Çempionlar Liqası və Premyer Liqa da daxil olmaqla 6 kubok qazanıb. Son çempionatda o, 36 oyunda 2 qol ötürməsi verib.
Qeyd edək ki, “Liverpul” daha əvvəl kapitanı Cordan Hendersonu “Əl-İttifaq”a satıb.
Publika.az