Liviya münaqişəsilə bağlı region dövlətlərin gözlənilən toplantısı başlayıb
Liviya ilə qonşu olan dövlətlərin münaqişə ilə bağlı gözlənilən toplantısına start verilib.
Bu gündən etibarən Əlcəzairdə Liviya və ona qonşu dövlətlərin münaqişə ilə bağlı toplantısına start verilib.
Misir, Çad, Mali, Əlcəzair, Tunis, Sudan və Liviya nazirlər müstəvisində bu toplantını keçirirlər.
Toplantıdan məqsəd Liviya ilə bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsini sürətləndirmək, ölkədə bir-birindən ayrı düşmüş müxtəlif siyasi, hərbi və ictimai qurumların arasında koordinasiyanı və daha sonra vəhdəti təmin etməkdir.
Məlumata görə, bu toplantıda müzakirə edilən məsələlərdən biri də əcnəbi hərbi qüvvələrin və muzdurların ölkədən çıxması və gələn dekabr ayında seçkilərin ölkə müstəvisində azad və şəffaf şəkildə keçirilməsinin təmin edilməsidir.
Trend