Liviyada daşqın qurbanlarının sayı 8 min ötüb
Liviyanın Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 8 mini ötüb.
“Report” xəbər verir ki, bu barədə Liviya Nümayəndələr Palatasının (parlament) rəsmi nümayəndəsi Abdalla Belhak bildirib.
Onun sözlərinə görə, hazırda itkin düşənlərin sayı 10 mini ötüb.
Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb.
Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.
Report.az