London Times: İran Rusiyadan nüvə texnologiyası tədarük edir: Atom bombasına bir addım qaldı

London Times: İran Rusiyadan nüvə texnologiyası tədarük edir: Atom bombasına bir addım qaldı

İranın yüksək səviyyəli nümayəndələri Moskva ilə strateji əməkdaşlığı gücləndirmək üçün hərəkətə keçib.

Musavat.com bildirir ki, “London Times”-in məlumatına görə, Tehran Rusiyadan nüvə texnologiyası və hava müdafiə sistemləri əldə etmək üçün danışıqlar aparır. Bu addımlar İranın hərbi gücünü artırmaq və regiondakı təsirini genişləndirmək məqsədilə atılır.

Tehranın nümayəndəsi Əli Laricani son vaxtlar Moskvaya tez-tez səfərlər edərək Rusiya ilə nüvə texnologiyası və hava müdafiə sistemlərinin tədarükünü müzakirə edir. Mənbələrə görə, İranın əsas məqsədi bu texnologiyaları tez bir zamanda əldə edərək hərbi imkanlarını artırmaqdır.

“London Times”-in verdiyi məlumata əsasən, İran nüvə silahı istehsalına çox yaxınlaşmış vəziyyətdədir. Tehran, qalan çatışmazlıqları qısa müddətdə Rusiyadan tədarük etməyə çalışır. Bu inkişaflar regionda təhlükəsizlik balansını dəyişdirə biləcək potensiala malikdir.

Məlumata görə, İran Prezidenti Pezeşkian yanvarın 17-də Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək. Gözlənilir ki, bu görüşdə iki ölkə arasında hərbi, iqtisadi və nüvə sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə ediləcək. 

cb460329-cf66-3373-a333-13b38a727f1f_850.jpg (166 KB)

Bu danışıqlar regionda yeni güc balansı yarada biləcək strateji birliyin təməlini qoymaq potensialına malikdir və Qərbin diqqətini İran-Rusiya yaxınlaşmasına cəlb edir.

Bu gedişat təkcə İran və Rusiya arasında deyil, bütövlükdə region, o cümlədən Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. İranın nüvə silahı əldə etməsi və ya bu nəticəyə yaxınlaşması, onu istənilən halda hədəfə çevirərək qlobal münaqişə riskini artırır. Əgər bu baş verməzsə də, güclənən İranın Azərbaycan üçün potensial təhlükə təşkil edəcəyi ehtimalı güclənir.

Bu baxımdan “London Times”-ın yazdığı bu xəbər, Azərbaycan tərəfindən də diqqətlə izlənilir və regiondakı geosiyasi balansın gələcəyi baxımından mühüm proseslərin pərdəarxasını göstərir. İranın hərbi və nüvə sahələrində güclənməsi Azərbaycanın milli təhlükəsizliyi üçün yeni çağırışlar yarada bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − three =