Londonda Fələstin tərəfdarlarının etiraz aksiyası

Londonda Fələstin tərəfdarlarının etiraz aksiyası

Britaniya xalqının müxtəlif təbəqələrindən olan yüzlərlə insan bazar ertəsi günü sionistlərin Londondakı səfirliyi qarşısına toplaşaraq, “Əl-Əqsa fırtınası” əməliyyatına dəstək və Fələstin xalqı ilə həmrəylik nümayiş etdiriblər.

İRNA-nın məlumatına görə, ciddi təhlükəsizlik tədbirləri şəraitində keçirilən bu etiraz aksiyasının iştirakçıları əllərində Fələstin bayraqları və sionist rejim rəhbərlərini pisləyən şüarlar daşıyıblar və Fələstinin azadlığını tələb edən şüarlar səsləndiriblər.

Onlar öz şüarlarında işğal olunmuş Fələstində işğala, zorakılığa və aparteid sisteminə son qoymağa çağırıblar. İngiltərə Müsəlmanları Dərnəyi və Fələstin Həmrəyliyi Kampaniyası da daxil olmaqla onlarla Fələstin tərəfdarı qrupun təşkil etdiyi bu mitinqdə etirazçılar İsrail rejiminin Qəzza və Şərqi Qüdsə hücumlarının dayandırılmasını, Fələstinin azad edilməsini və Qərb hökumətlərinin sionist rejimə dəstək vermələrinə son qoyulmasını tələb ediblər.

“Əl-Əqsa fırtınası” əməliyyatından sonra şənbə günündən etibarən Fələstin tərəfdarı qruplar tərəfindən planlaşdırılan bu etiraz aksiyası İngiltərədə yaşayan sionistləri və bu ölkənin təhlükəsizlik aparatını vəhşətə salıb. Bir saat öncə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli həmrəylik bəyannaməsi çərçivəsində səfirliyin təhlükəsizliyinə əmin olmaq üçün İsrailin Londondakı səfirliyində Tel-Əviv səfirini ziyarət etdi.

O, bu görüşün videosunu dərc etməklə İngiltərədəki Fələstin müqavimət qüvvələrinə ictimai dəstək barədə xəbərdarlıq edib. Bu arada London polisi HƏMAS tərəfdarlarını sıxışdırmaq üçün patrullarını artırıb. Bu təhlükəsizlik təşkilatı HƏMAS-ın adının Britaniya terror təşkilatları siyahısına salınması bəhanəsi ilə bu qruplaşmaya hər hansı dəstək və mənsubiyyətin elan edilməsi barədə xəbərdarlıq edib.

Bir neçə saat əvvəl İngiltərənin baş naziri Rişi Sonak işğal altındakı Fələstində baş verən son hadisələrin nəticələrini araşdırmaq üçün hökumət üzvləri ilə fövqəladə iclas keçirəcəyini açıqlamışdı. O, jurnalistlərlə söhbətində əlavə edib: Onun sədrlik edəcəyi bu iclasda son hadisələrin perspektivi və işğal olunmuş Fələstindəki Britaniya vətəndaşlarının vəziyyəti müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 2 =