Londonda metro işçilərinin tətili ictimai nəqliyyatı iflic edib

Londonda metro işçilərinin tətili ictimai nəqliyyatı iflic edib

Böyük Britaniyada London metropoliteninin əməkdaşları bu gün kütləvi tətil aksiyasına başlayıb.

Trend-in məlumatına görə, yeraltı və yerüstü metro işçilərinin tətilində 10 mindən çox şəxs iştirak edir.

Qeyd olunur ki, aksiya nəticəsində Londonda bütün növ ictimai nəqliyyatın hərəkəti iflic olub. Avtobus və digər vasitələr sərnişin axınının öhdəsindən gələ bilmir.

Tətilə ictimai nəqliyyatın tənzimləyici qurumu olan “Transport for London” şirkətinin ilin sonunadək metropolitenin 600 əməkdaşının ixtisar etməsi, eləcə də işçilər üçün nəzərdə tutulan pensiyaların 30 faiz azaldılması qərarı səbəb olub.

Metro işçiləri tətilin sabah səhərədək davam edəcəyini bildirib.

Qeyd edək ki, bu, London metropoliteni əməkdaşlarının 2022-ci ildə keçirdiyi altıncı tətildir.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =