Los-Ancelesdə etirazlar zamanı Apple Store talan edilib! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İyunun 9-da ABŞ-ın Los-Anceles şəhərində keçirilən etiraz aksiyaları zamanı bir qrup şəxs şəhər mərkəzində yerləşən Apple Store mağazasını talan edib.
Hadisə gecə saatlarında baş verib. Yerli mənbələr bildirir ki, mağazaya daxil olan şəxslər elektron cihazları götürərək sürətlə ərazidən uzaqlaşıblar. Polis hadisə yerinə cəlb edilib və bir neçə nəfər saxlanılıb.
Etirazlar ABŞ-ın immiqrasiya siyasətinə qarşı keçirilən aksiyalar fonunda baş verib. Los-Ancelesdə bir neçə digər mağaza da talan edilib, o cümlədən Jordan Flagship Store və Adidas mağazası.