Luis Suares Argentina klubuna keçib

Luis Suares Argentina klubuna keçib

Luis Suaresin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, uruqvaylı hücumçu karyerasını Argentinada davam etdirəcək.

Təcrübəli forvard gözlənildiyi kimi “River Pleyt”ə keçib. Son 2 mövsümü İspaniya “Atletiko”sunda keçirən 35 yaşlı hücumçu Avropadan təkliflər alsa da, Cənubi Amerika variantına üstünlük verib.

Suares yeni klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, Luis Uruqvay millisində 132 oyunda 68 qol vurub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 16 =