Lukaşenko genişmiqyaslı antiterror əməliyyatının keçirildiyini elan edib

Lukaşenko genişmiqyaslı antiterror əməliyyatının keçirildiyini elan edib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə geniş miqyaslı antiterror əməliyyatı keçirildiyini elan edib. 

Prezident bunu İstiqlal Sarayında dövlət mükafatlarının təqdimetmə mərasimində bildirib.

Lukaşenko ölkədəki antiterror əməliyyatının bu gün sona çatdığını, təfərrüatların yaxın gələcəkdə açıqlanacağını bildirib.

“Bu gün əks-kəşfiyyat əməliyyatının bitməsindən sonra, artıq Almaniyanın Xarici İşlər Naziri Hayko Maasa deyil, kanslerin özünə və Almaniya hökumətindəki bəzi səlahiyyətlilərə qarşı iddialar irəli sürə bilərik. Daha sonra bu barədə məlumat veriləcək”, prezident bildirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 10 =