Lukaşenko Putinlə Qazaxıstandakı vəziyyəti müzakirə edib
Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstandakı vəziyyət və KTMT qüvvələrinin bu ölkəyə gətirilməsi ilə bağlı gecə təcili keçirdiyi iclas haqda danışıb.
SalamNews xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
“Qazaxıstandakı hadisələrə gəlincə, siz baş verən hər şeyi bilirsiniz. Amma burada bizi daha çox narahat edən odur ki, hər şey əvvəlcədən planlaşdırılıb.
Dünən bütün gecə bununla bağlı məsləhətləşmələr aparılıb. Cənab prezident Putinlə Qazaxıstandakı vəziyyəti nəzərdən keçirdik.Putinlə bu məsələ ilə bağlı bir neçə dəfə danışıqlar apardıq”, – deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, Almatıda vəziyyət çox gərgin olub: “Yandıra biləcək hər şeyi yandırıblar. Hava limanını ələ keçiriblər. Üstəlik bu məqsədli şəkildə olub. Həm Almatıda, həm də Nur-Sultanda hava limanını ələ keçirməyə cəhd olub. Çünki onlar anlayırdılar ki, orada olacaqlar.Silahlı qüvvələr ilk növbədə Rusiyadan və KTMT ölkələrindən ora köçürülüb Yəni nəzarəti ələ keçirmək lazım idi ki, ora eniş etmək mümkün olmasın.
Yaxşı ki, Almatı yaxınlığında, 40 kilometr aralıda, hər zaman hərbçilərin nəzarətində olan hərbi aerodrom var. Tokayevlə söhbətim zamanı Nur-Sultan hava limanını ələ keçirmək mümkün olmadığı xəbəri məni çox sevindirdi.
SalamNews.org