Lukaşenkonun təyyarəsi 17 il sonra TEHRANA ENDİ

Lukaşenkonun təyyarəsi 17 il sonra TEHRANA ENDİ

Publika.az BelTA-ya istinadla xəbər verir ki, Belarus liderinin təyyarəsi Mehrabad beynəlxalq hava limanına enib.

Qeyd edilib ki, Lukaşenko sonuncu dəfə 17 il əvvəl İrana səfər edib.

Sabah Lukaşenkonun İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacağı gözlənilir.

Aleksandr Lukaşenkonun mətbuat xidməti daha əvvəl bildirib ki, danışıqlar ikitərəfli münasibətlərin bütün spektrinə, o cümlədən sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika layihələrinin həyata keçirilməsinə həsr olunacaq.

Həmçinin regionda və bütövlükdə dünyada vəziyyət müzakirə olunacaq.

Belarus Prezidentinin İranın ali dini lideri Əli Xamneyi ilə görüşü gözlənilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =