“Lukoil”: Neft bazarında artıq heç vaxt defisit olmayacaq

“Lukoil”: Neft bazarında artıq heç vaxt defisit olmayacaq

Hazırda qlobal neft bazarında defisit mövcud deyil və artıq heç vaxt olmayacaq.

Bunu Rusiyanın “Lukoil” neft şirkətinin vitse-prezidenti və ortaq sahibi Leonid Fedun deyib.

Bununla yanaşı, L. Fedun hazırda neft bazarında tələb və təklifin tamamilə tarazlı olduğunu qeyd edib.

“Bazarda tələb bərpa olunur, bazar düzəlir”, – L. Fedun qeyd edib.

Xatırladaq ki, “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) nazirlərinin monitorinq komitəsi bu il təklif üzrə gündəlik kəsirin 1,2 mln. barel olacağını proqnozlaşdırıb. Öncəki proqnoza görə, bu göstərici 0,8 mln. barel səviyyəsində olacağı ehtimal edilirdi.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + four =