“Lukoyl” 2050-ci ilədək neftin qiymətinin 380 dollar/barel olacağını proqnozlaşdırır

“Lukoyl” 2050-ci ilədək neftin qiymətinin 380 dollar/barel olacağını proqnozlaşdırır

Yüksək inflyasiya dünyada enerjiyə əlçatanlığı azaldıb. Dünya ölkələri  “2050-ci ilə qədər neft qiymətlərində dramatik artım” ilə üzləşə bilər. Bu isə enerji istehsalını sahəsində ağır, acınacaqlı vəziyyət yarada bilər”.

SalamNews TASS-a istinadən xəbər verir ki, bunu Lukoyl”un vitse-prezidenti Leonid Fedun 2050-ci ilə qədər dünya energetikasının inkişaf perspektivləri” adlı hesabatın təqdimatında deyib. Qeyd olunub ki, 2050-ci ilə qədər neftin qiyməti bir barel üçün 100 dolları keçəcək. Beləliklə, təkamül ssenarisinə əsasən, inflyasiya faktoru və istehsalçılar üçün emissiya kvotalarının tətbiqi nəzərə alınmaqla, qiymət bir barel üçün 128 dollara çatacaq.

Tarazlıq ssenarisinə görə, qiymət artımı 1 barel üçün 197 dollar.  Transformasiya ssenarisi üzrə isə 380 dollar/barel təşkil edəcək. Hər üç ssenaridə qiymət artımında əsas payı inflyasiya tutur. O hesab edir ki, eyni zamanda, ehtiyatların işlənməsi və istehsalına kifayət qədər sərmayə qoyulmaması problemi davam edərsə, maksimum variantın başlanğıcı 2050-ci ilə qədər baş verə bilər.

Belə ki, karbohidrogen istehlakı 2030-cu ilə qədər sabit olacaq və yalnız 2035-ci ildən ABŞ və Çin kimi böyük bazarlarda maye yanacaq istehlakı azalmağa doğru gedəcək.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 11 =