“Lukoyl” İtaliyadakı zavodunu bu şirkətə satdı
Publika.az xəbər verir ki, Rusiyanın ikinci ən böyük neft istehsalçısı olan “Lukoyl”un törəmə şirkəti LITASCO İtaliyadakı ISAB neft emalı zavodunun satışını başa çatdırdığını bildirib.
Siciliyadakı zavodun Kiprin özəl investisiya şirkəti olan “G.O.I Energy”-yə satıldığı məlum olub.
Qeyd edək ki, ISAB zavodu gündə 320 000 barel neft emal edir. Bu da İtaliyanın emal gücünün beşdə birini təşkil edir. Şirkətdə1000-ə yaxın insan çalışır.
Publika.az