Məğrib milli komandasının sionistlərlə münasibətlərin normallaşmasına qəti şəkildə “yox” cavabı/Fələstin bayrağı həmişə ucadır!-Foto

Məğrib milli komandasının sionistlərlə münasibətlərin normallaşmasına qəti şəkildə “yox” cavabı/Fələstin bayrağı həmişə ucadır!-Foto

Kanadaya qalib gələrək dünya çempionatında növbəti mərhələyə adlayan Mağrib millisi Fələstin bayrağını dalğalandıraraq çiyinlərinə qoyması sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

Əl-Aləm-in məlumatına görə, 2022-ci il Dünya Kuboku kontekstində Mərakeşin futbol komandası Kanadanı 2:1 hesabı ilə məğlub edərək, 1986-cı il dünya çempionatından sonra bu şərəfi bir daha təkrarlamaq üçün seçmə mərhələyə yüksəlib. Məğrib millisinin futbolçuları Fələstin bayrağını dalğalandıraraq xoşbəxtliklərini nümayiş etdiriblər.

Bununla bağlı Əbu Məhəmməd Twitter-də yazıb: Məğrib oyunçuları öz xain hökmdarlarından fərqli olaraq həmişə Fələstin bayrağını dalğalandırırlar.

“Əhməd Əbu Ubeyda” yazıb: Məğrib rejimi ilə sionist rejim arasında münasibətlərin normallaşmasına və Rabatın Fələstin xalqı əleyhinə İsrail işğalını dəstəkləməsinə baxmayaraq, Mərakeş millisinin futbolçuları və mərakeşli azarkeşlər millinin bütün oyunlarında Fələstin bayrağını daşıyırlar.

Onlar “Fələstinə azadlıq” və “Ərəb Fələstin” şüarları səsləndiriblər. Məğribi təbrik ediblər.

“Məhəmməd Əl-Cəbali” də Məğribinin milli komandasının şəklini yenidən dərc edib və yazıb:

Fələstinin bayrağı Mağrib milli komandasının dünya çempionatının ikinci mərhələsinə vəsiqə qazanması bayramını bəzədib.

Məğrib ABŞ və sionist rejimlə üçtərəfli müqavilə imzalayıb və bu müqaviləyə əsasən, ABŞ Qərbi Səhranı Məğrib torpağı kimi tanıyır və Məğrib də İsrail rejimi ilə münasibətləri bərpa etməyə razılaşıb.

Mərakeş xalqı dəfələrlə küçələrə çıxaraq, mitinqlər keçirərək, sionist rejimin bayrağını yandıraraq onun dayandırılmasını tələb etmiş və bu normallaşmaya qarşı olduqlarını bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 10 =