Məhəmməd Bin Salman qayınatasını ev dustağı etdi

Məhəmməd Bin Salman qayınatasını ev dustağı etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bir Səudiyyə mənbəsi, Məhəmməd Bin Salmanın əmisi və qayınatası, Məşhur Bin Əbdül Əzizi həbs etdirməsi xəbərini yayıb.

Bu mənbə “WikiLeaks” veb saytına bildirib ki, Bin Salmanın qayınatası üçün həbs qərarı onun Səudiyyə təhlükəsizlik rəsmilərinə məlumat vermədən ABŞ-ın yüksək səviyyəli təhlükəsizlik rəsmisi ilə görüşdükdən sonra verilib.

Məşhur bin Əbdül Əziz, Məhəmməd bin Salmanın həyat yoldaşı Sara Bint Məşhurun atası və Səudiyyə kralının ögey qardaşıdır. Ondan başqa Məmduh, Əhməd, Abdullah və Muqrin də daxil olmaqla Əbdüləziz Ali-Səudun dörd oğlu hələ sağdır. Onların hamısı Kral Salmandan kiçikdirdirlər və Məhəmməd bin Salman səltənətinə təhlükə yarada bilərlər.

Məhəmməd bin Salman 2008-ci ilin aprelində Sara bin Məşhur ilə evlənmişdir və hazırda dörd övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 5 =